İşğaldan azad edilən ərazilərimizə Böyük Qayıdış davam edir.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin növbəti mərhələsi həyata keçirilib.
Bu gün 12 ailənin 63 nəfər üzvü uzun illərdən sonra müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün doğma kəndlərinə qayıdıblar.
Kəndə qayıdan sakinləri prezidentin xüsusi nümayəndəliyinin rəhbəri Vahid Hacıyev qarşılayıb.
Ağalı kəndinə köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcək.
Məlumatda o da bildirilib ki, sentyabrın 10-na kimi Ağalıya ümumilikdə 25 ailənin köçürülməsi nəzərdə tutulur.
13:56
Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb.
Kənd sakinləri Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb.
AzTV-nin əməkdaşı Ağalı kənd sakini ilə söhbətləşib.
Kənd sakini sevinclərinin hədd-hüdudu olmadığını bildirib.
“Kəndimizə köçəndən sonra bizi işlə təmin edərlər, işləyərik”, - deyə kənd sakini qeyd edib.