“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də struktur dəyişikliyi aparılıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, bəzi idarələr ləğv edilib:
“ASC-də struktur dəyişikliyi çərçivəsində büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla “Meliorasiya-İrriqasiya Obyektlərinin qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət” İdarəsi və “Hidrogeoloji-Meliorativ Xidmət” İdarəsinin vəzifə və funksiyaları “Hidrogeoloji Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi”nə, “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları isə “Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutu”na həvalə olunub. Ləğv olunan idarələrin işçiləri isə yeni yaradılan qurumlarda işlə təmin ediliblər”.