Lənkəranda 17 yaşlı qızın intiharı: Bir-biri ilə uzlaşmayan İDDİALAR - TƏFƏRRÜAT + YENİLƏNİB

Lənkəranın Ürgə kəndindəki intihar hadisəsi ilə bağlı bir sıra detallar bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, intihar edən şəxs Əsgərzadə Aysel Rafiq qızıdır. O, 11-ci sinif şagirdi olub.
Hadisə dünən saat 17:30-da baş verib. Qız yaşadığı evin həyətindəki tövlədə özünü asıb. İntiharın səbəbi isə hələlik bəlli deyil.
“Hazırda araşdırma aparılır. Qızın 17 yaşı tamam olmamışdı. 01.04.2006 təvəllüdlüdür. Qızın ata-anası boşanıb. Atası altı il əvvəl həbs olunub, səbəb də elektriklə balıq tutarkən elektrikin oradakı şəxslərdən birini vurub öldürməsi olub. Anası Bakıda tək yaşayır. Qız ana babası Nizam Kamalovun himayəsində yaşayırdı”, - deyə mənbə bildirib.
Qızın babası Nizam Kamalov isə Oxu.Az-a açıqlamasında nəvəsinin anası ilə birlikdə Bakıda yaşadığını, tətil olduğu üçün kəndə gəldiklərini deyib:
“Biz bilsək ki, belə addım atacaq, gözümüzdən bir saniyə də kənara qoymazdıq. Anası ilə istirahət üçün gəlmişdi, Bakıda yaşayırdılar. Qızım-Güldanə Kamalova Rafiq Əsgərovdan 10 il əvvəl boşanıb. Nəvəm qızımla yaşayırdı”.

12:42
Lənkəranda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Ürgə kəndində baş verib.
Kəndin 17 yaşlı sakini yaşadığı evin həyətindəki tövlədə özünü asıb.
Qızın hansı səbəblə intihar etməsi hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.