Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bu gün daha beş erməni hərbçini Ermənistana təhvil verəcək.
Bu barədə haqqin.az məlumat yayıb.
Hərbçilərin köçürülməsi proseduru Ermənistanla sərhəd zonalarından birində baş tutacaq.
Xatırladaq ki, avqustun 30-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə vasitəçilik edib. Görüşün nəticələrindən biri də erməni hərbçilərin təhvili ilə bağlı razılaşma olub.
Bununla da Azərbaycan humanitar gündəmi dəstəklədiyini bir daha nümayiş etdirib.