Türkiyə MN “TurAz Qartalı-2022” təlimi ilə bağlı paylaşım edib


Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi ilə bağlı tviterdə paylaşım edib.

“Report” xəbər verir ki, müdafiə qurumunun tviter səhifəsində qeyd olunub:

“Özümüz bir, sözümüz bir, gücümüz bir. Azərbaycanın ev sahibliyi ilə gerçəkləşdirilən Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin birgə icra etdiyi “TurAz Qartalı-2022” təlimi planlaşdırıldığı kimi uğurla davam edir”.

Özümüz bir… Sözümüz bir… Gücümüz bir…

Azerbaycan’ın ev sahipliğinde gerçekleştirilen Türk Silahlı Kuvvetleri ve Azerbaycan Silahlı Kuvvetlerinin müşterek icra ettiği #TurAz Kartalı-2022 Tatbikatı planlandığı gibi başarıyla devam ediyor.#TekMilletİkiDevlet pic.twitter.com/D0dCwB3JhK

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 8, 2022