Bərdə sakinləri arasında qarayara xəstəliyinə kütləvi yoluxma qeydə alınıb? - AÇIQLAMA

“Bərdə rayonunda qarayara xəstəliyinə yoluxma şübhəsi ilə bağlı yeddi nəfərdən analiz götürülüb”.
Bu barədə Oxu.Az-a Bərdə rayon Piyadalar kəndinin bələdiyyə sədri Mürşüd Əhmədov məlumat verib.
O bildirib ki, kəndə giriş-çıxış məhdudlaşdırılmayıb:
“Kənddə yoluxma şübhəsi ilə yeddi nəfərdən analiz götürülüb. Onlardan dörd nəfərin cavabı neqativ çıxdığı üçün evə buraxılıb. Digər üç nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasında saxlanılıb. Müalicələri davam etdirilir. Kənddə çox adamda yayılmayıb. Mal-qaranı da yoxladılar, onlarda da xəstəlik aşkarlanmadı.
Şübhəli bilinən adamlar arasında azyaşlılar olmayıb. Xəstəxanada müalicəsini davam etdirənlər isə 40-50 yaşlı iki xanım və bir kişidir. Hamısı Piyadalar kənd sakinləridir”.
Qeyd edək ki, sentyabrın 2-də Bərdənin Piyadalar kəndində kütləvi xəstəlik yayıldığına dair məlumatlar yayılmışdı. İddia edilirdi ki, sakinlər qarayara xəstəliyinə yoluxublar.