Bakıdan uçan “Airbus A340-500” sərnişin təyyarəsi 45 dəqiqə sonra Zəngilan hava limanına texniki eniş edib.
Bu barədə "Sherg.az"a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı olan Zəngilan Hava Limanının təməli 2021-ci il aprelin 27-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Tikinti işləri hələ başa çatmayan adıçəkilən hava limanının sentyabrın sonunda istifadəyə verilməsi gözlənilir. İşğaldan azad edilmiş rayonlarda daha bir hava limanı olan Füzuli Hava Limanı fəaliyyətini davam etdirir. Azərbaycan Laçında hava limanı tikməyi planlaşdırır.
Mənbə: STAR