8 sentyabr tarixində Qida Təhlükəsizliyi Agnetliyi əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 39 ticarət müəssisəsi və 25 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 35 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə Agnetlik məlumat yayıb.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 31, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 14 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.