Əcnəbi səyahətçilər Zəngilana səfər ediblər - YENİLƏNİB


Azərbaycana gələn dünya səyyahları işğaldan azad olunmuş Zəngilan rayonuna səfər ediblər.

“Report”un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə baş çəkiblər.

Onlar Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri, eyni zamanda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə tanış olublar. 

09:16

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın əcnəbi səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.

“Report”un əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (“Most Travelled People”- red.) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyahətçilər ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar. Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.