Nizami rayonunun bir hissəsində su kəsiləcək

Bu gün saat 22-dən etibarən Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Sherg.az-a “Azərsu” ASC-dən bildirilib.

Fasilə magistral su kəmərində aparılacaq təmir bərpa işləri ilə əlaqədardır.