Meksikanın Oaxaka ştatının Santa-Lusia del Kamino şəhərində həvəskarlar liqasında futbol oyunu keçirilib.
Matç zamanı oyunçulardan biri qəfil yerə yıxılıb. Meydanda olan digər futbolçular onun köməyinə qaçıblar. Həkim briqadası dərhal meydana daxil olaraq müdaxilə edib.
Lakin Raul Reyes adlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Onun infarkt səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Mənbə: Haber Global