Gülşən ev dustaqlığından azad edildi

Türkiyənin pop ulduzu Gülşənin ev dustaqlığı cəzası ləğv edilib.
Müğənninin barəsində Ataşehirdə aprelin 30-da verdiyi konsertdə İmam Hatip Liseyi şagirdlərinə dediyi sözlərə görə ev dustaqlığı qərarı verilmişdi.
Onun ölkədən çıxmamaq şərtilə, hər gün ən yaxın polis bölməsinə gedərək imza atması barədə qərar verilib.
Mənbə: DHA