“Məktəbli formaları ilə bağlı heç bir məcburiyyət yoxdur. Dəfələrlə bununla bağlı açıqlama da verilib ki, heç bir məcburiyyət ola bilməz. Yəni məktəb direktorlarının belə bir tələb irəli sürməsi doğru deyil”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.
O, elm və təhsil naziri Emin Əmrullayev də bununla bağlı açıqlama verdiyini diqqətə çatdırıb.
12:22
Bakı Tikiş Evinin qarşısında məktəbli forması ilə bağlı izdiham yaşanır. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını deyirlər.
Baku TV-nin əməkdaşı məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən münasibət öyrənib.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbli formaları ilə bağlı Təhsil Nazirliyi hər hansı şirkətlə əməkdaşlıq etmir, sifariş həyata keçirmir, bu işlə özəl müəssisələr məşğul olurlar.
“Məktəbli forması olmadan tədrisin ilk günü məktəbə getmək olmaz deyə məcburiyyət yoxdur. Valideynlər formanı sonra da ala bilərlər”, - deyə əlavə edilib.