Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur:
“Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər”.
14:12
“Məktəbli formaları ilə bağlı heç bir məcburiyyət yoxdur. Dəfələrlə bununla bağlı açıqlama da verilib ki, heç bir məcburiyyət ola bilməz. Yəni məktəb direktorlarının belə bir tələb irəli sürməsi doğru deyil”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.
O, elm və təhsil naziri Emin Əmrullayev də bununla bağlı açıqlama verdiyini diqqətə çatdırıb.