Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb. Baş İdarədə saxlanılan şəxslərin üzərilərinə baxış keçirilən zaman Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kq 539 qram narkotik maddə olan “heroin” aşkar edilib.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.