Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmmədhüseyn Hüseynov tutduğu vəzifəsindən azad edilib.
APA xəbər verir ki, bununla bağlı icra başçısı Araz Əhmədov xüsusi əmr imzalayıb.
Məhəmmədhüseyn Hüseynov həm də fövqəladə hallar komissiyası sədri vəzifəsindən də kənarlaşdırılıb.
Faktı Masallı Rayon İcra Hakimiyyəti təsdiq edib.