“İranın erməni qardaşlığı siyasəti bu ölkəni uçurum aparır”

“İran və Azərbaycan xarici işlər nazirinin görüşünə ciddi ehtiyac var idi”

“Çünki İran hakimiyyətinin rəsmi İrəvanın yanında olması və onları silahlandırması regionda qarşıdurma yarada bilər”

“Onlar rəsmi Bakı ilə bağlı yanlış siyasət yürüdürlər”



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan regional məsələləri müzakirə ediblər. "Sherg.az” xəbər verir ki, bunu C.Bayramov tviterdə yazıb.
Onun sözlərinə görə, İranın XİN başçısı ilə görüşüb. 
Nazirlər regional məsələlərlə yanaşı, ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.  
C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.
Görüşü “Sherg.az”a şərh edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, İran son proseslərdə anti-Azərbaycan mövqeyini daha da gücləndirib:

“Rəsmi Tehranda ciddi xəstə təfəkkürü var. Təsəvvür edin ki, İran Məsiha Əminin öldürülməsi ilə başlayan prosesi, Zəngəzur dəhlizindəki Türkiyə-Azərbaycan-İsrail üçbucağının “tələsi” kimi qələmə verir.Təbii ki, daxildəki hadisələrə yönəlik xarici düşmən axtarmaq, hakimiyyətlərin idarəetməsində geniş tədbiq olunan texnologiyadır. Lakin mühüm məqam Nikol Paşinyanla, İbrahim Rəsinin dünənki görüşüdür. Orada əməkdaşlıq və münasibətlərin sıx şəkildə saxlanılması ilə bağlı vurğular edildi. Paşinyan  Rəisiyə göstərdiyi dəstəyə görə təşəkkür etdi. Digər tərəfdən isə davamlı şəkildə artan təhdidlər fonunda, İran və Azərbaycan xarici işlər nazirinin görüşünə ciddi ehtiyac var idi. Çünki İran hakimiyyətinin rəsmi İrəvanın yanında olması və onları silahlandırması regionda qarşıdurma yarada bilər. Onlar rəsmi Bakı ilə bağlı yanlış siyasət yürüdürlər”.

Ekspert görüşün pərdəarxasında yeni detalların olduğunu düşünür:

“Ermənistan və İran rəhbərlərinin görüşündən sonra Bayramov və Abdullahiyanın bir araya gəlməsi Azərbaycanın ciddi şəkildə narahatlıq ifadə etməsini göstərir. Rəsmi Tehranın indiki dövrdə həyata keçirdiyi erməni qardaşlığı siyasəti və daxilindəki problemləri xarici güclərin üstünə atması onu uçuruma aparır. Biz region olaraq çox ciddi sınaq qarşısındayıq. Əminəm ki, Ceyhun Bayramovun  qovluğunda da bu məsələ gündəm təşkil edir”.