“Hər bir sürücü təxminən 6 kilometrə yaxın məsafə qət edir. Hələ insanların üzləşdiyi sosial çətinlikləri kənara qoyaq”
“Şagirdlər məktəbə, böyüklər işə gecikir. Geri qayıdanda yenə tıxac yaranır"
"Sumqayıt yolu üzərindəki dairədə Saray istiqamətinə geri dönmə işarəsini uzun məsafədə qoyublar. Hər bir sürücü təxminən 6 kilometrə yaxın məsafə qət edir. Hələ insanların üzləşdiyi sosial çətinlikləri kənara qoyaq. Şagirdlər məktəbə, böyüklər işə gecikir. Geri qayıdanda yenə tıxac yaranır".
Bu fikirləri "Sherg.az"a açıqlamasında nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli deyib.
O bildirib ki, Bakı-Sumqayıt yolunun Masazır istiqamətinə düşən hissəsi həddən artıq çox yüklənir:
"Gün ərzində minlərlə avtomobil, avtobus və dizel yanacağı ilə işləyən iri tutumlu nəqliyyat vasitələri həmin yolu getməli olur. Atmosferin çirklənməsində kifayət qədər rol oynayır. Eyni zamanda vətəndaşların benzin və ya dizel yanacağını məsrəf olunması ilə nəticələnir.
Həm sosial gərginlik, həm də maddi, iqtisadi baxımdan ziyan dəyir. Həmin dairəni ləğv etsək belə, Saray istiqamətində sağa geri dönmə işarəsini 100-200 metr, optimal yerdən qoyub məsafəni yaxınlaşdırmaq mümkündür. Sanki insanlara qarşı düşünülmüş plan var. Çox yanlış layihədir, təcili düzəlməlidir".
Qeyd edək ki, “VAZ” dairəsi təxminən bir aya yaxındır ki, ləğv edilib. Bu da 20 min nəfərə yaxın sakinin yaşadığı Masazır və Abşeron Gənclər şəhərciyinin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Özlərinin dili ilə desək işə gecikən kim, övladını məktəbə apararkən 1-ci dərsə çatdırmayan kim.
Sakinlər tezliklə problemin aradan qaldırılmasını tələb edir.