Azərbaycanda qadınlar ailə şəkilləri ilə şantaj olundular

Şəki Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini olan 2 qadın onların ailə fotoşəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək pul tələb olunmasını bildiriblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Teyyubov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.