Yevlax rayonunda yol nişanlarından biri sürücülərin çaşqınlığına səbəb olub. Məsələ ondadır ki, nişana əsasən ərazidə sürət həddi “09” km/saat göstərilir.
Sürücülərin sözlərinə görə, sözügedən nişan bir müddətdir ki, Mingəçevir-Bəhramtəpə yolunun Yevlaxdan keçən hissəsindədir.
Həmin yoldan istifadə edənlər belə vəziyyəti maraqla qarşılasalar da, nişanın yarada biləcəyi problemlərə diqqət çəkiblər. Sürücülərin sözlərinə görə, bu hal qayda pozuntularına səbəb ola bilər.
Məsələ ilə bağlı “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 6 saylı Mingəçevir regional sahəsindən bildirilib ki, sürücülərin narahatlığı haqlıdır.
Qeyd edilib ki, yol nişanı naməlum şəxs və ya şəxslər tərəfindən zədəli duruma salınıb. Tez bir zamanda bərpa olunacaq.
Mövzu ilə bağlı “Xəzər” TV-nin süjetini təqdim edirik: