Kreml Azərbaycan qazının Ukraynadan Aİ-yə tədarükünə dair müqavilənin perspektivindən danışıb
11:07 01.11.2024
Dünya
335
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı ilə Azərbaycan arasında Ukraynanın qaz nəqli sistemi (QTS) vasitəsilə qaz tədarükünə dair mümkün müqavilənin perspektivlərini proqnozlaşdırmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü bunu kommersiya danışıqları adlandırıb.
“Bunlar kommersiya danışıqlarıdır. Prezidentin Kazanda keçirdiyi mətbuat konfransında danışdığı vəziyyəti siz də, mən də bilirik. Bu ilin sonunda başa çatan qaz nəqli müqaviləsi ilə bağlı sual verildi. Hadisələrin necə cərəyan edəcəyini, Ukraynanın artıq bu sazişi uzatmaqdan imtina etdiyini nəzərə alaraq, tədarükün necə təmin ediləcəyini indi deyə bilmərəm”, - Peskov “Bloomberg“in Aİ-dən adları açıqlanmayan qaz alıcılarının 31 dekabrdan sonra Ukrayna qaz nəqli sistemi vasitəsi ilə Azərbaycanın SOCAR şirkətindən 12-14 milyard kubmetr qaz tədarükünə dair müqavilə imzalamağa yaxın olması ilə bağlı məlumatını şərh edərkən deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya