Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
7. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Zərifə Əliyeva küçəsində;
12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
17. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
18. Babək prospekti, mərkəz istiqamətində;
19. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
20. “20 Yanvar” dairəsində;
21. Ağa Nemətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.