“WhatsApp” tətbiqinin fəaliyyətində müşahidə olunan problemlər aradan qalxıb.
Hazırda müəyyən ləngimələr müşahidə olunsa da, tətbiq fəaliyyətini bərpa edib.
12:15
Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirib ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.
“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır.
11:34
Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda “WhatsApp” mesencerinin işində problemlər müşahidə olunur.
Belə ki, istifadəçilər populyar mesencerin veb-versiyasına girişdə problem yaşandığını bildiriblər. Həmçinin fərdi və qrup çatlarında ismarışları göndərmək mümkün olmayıb.