Dünyaya döyüşçü kimi gələn 3 bürc...


Hər bir bürc müxtəlif xarakterə sahibdir. Lakin onların arasında üç bürc var ki, mübarizə aparmaqdan heç vaxt yorulmurlar. 
"Sherg.az" olaraq dünyaya döyüşçü kimi gələn həmin 3 bürcü sizə təqdim edirik.
Qoç bürcü
Bürclər arasında ən qətiyyətli olan qoçlar məğlubiyyət kəlməsini öz lüğətlərindən çıxarıblar. Döyüşmək və həyatlarına davam etməyin qiymətini bilən qoç bürcləri tək qalmağı sevirlər. Çünki döyüşərkən kənar səsin gəlməsindən narahat olarlar. Onlar yorulsa da, yorğunluqlarını açıq şəkildə bildirməzlər. Qoçlar hər zaman alqışlanmağı yox, savaşdan yara almadan çıxmağı düşünərlər.
Şir bürcü
Şirlərin məğlub olduqları heç bir mübarizə yoxdur. Məğlubiyyəti sevmədikləri üçün döyüş strategiyasından istifadə edərlər. Döyüşmək sanki onlar üçün həyat enerjisidir. Şir bürcü nümayəndələri savaş zamanı ağır yaralar almamaq üçün, yeri gəldikdə gözlənilməz həmlələr edərlər. Bu səbəblə də qatıldıqları hər döyüşdən üzləri ağ şəkildə çıxarlar.
Xərçəng bürcü
Xərçənglər həssas olsalar da, döyüşdə məğlub olmamaq üçün, bütün mənliklərini ört-basdır edərlər. Onlar sevdikləri üçün mübarizə apardığı zaman heç kəsi gözləri görmür. Əsalətini qoruyaraq savaşan yengəc bürcləri, əsla qarşısındakına fürsət verməzlər. Çünki onlar döyüşdən öncə bütün müdafiə mexanizmlərini işə salırlar.