Yakutiyada havanın temperaturu -61 dərəcəyə düşüb

Rusiyanın Yakutiya Respublikasında yanvarın 10-da havanın temperaturu -61 dərəcəyə düşüb.
Bu göstərici Olenekski rayonunun Jilinda kəndində qeydə alınıb.
Bu barədə Yakutiya Hidrometeorologiya Departamentinin saytında məlumat verilib.
Bildirilib ki, respublikanın 9 rayonunda -45 dərəcə və daha aşağı temperatur müşahidə olunur. Eyni zamanda Yakutiyanın şimal-qərbində və şimal-şərqində havanın temperaturu gecə -50 dərəcəyə çatıb.

Mənbə: Gazeta.ru