Elvin Cəfərquliyevə İtaliyadan təklif var? - AÇIQLAMA

Son günlər mediada İtaliya A Seriyasından bir klubun Elvin Cəfərquliyevi transfer etmək istədiyi barədə xəbərlər yayılıb. 
Offsideplus.az olaraq yayılan məlumatlara aydınlıq gətirmək üçün tanınmış futbol agenti Tural Əsgərovla əlaqə saxladıq. Mütəxəssis saytımıza məsələ ilə bağlı heç bir rəsmi təklifin olmadığını bildirdi.

Qeyd edək ki, Cəfərquliyev bu mövsüm bütün turnirlərdə "Qarabağ" forması ilə meydana çıxdığı 11 matçda 1 qola və 2 məhsuldar ötürməyə imza atıb.