
Zaman donub: Pəhləvilərin İranda hakimiyyət yolu bağlıdır
Yusif Nəzərli
22:00 23.11.2024
Dünya
480
Çünki Qərb Pəhləvi hakimiyyəti dövründə nələrin olduğunu bir dəfə təcrübə edib
Rza Pəhləvi hələ uzun illər, bəlkə də ömrünün sonuna qədər “tacsız şah” olaraq dəstəkçi axtarmağa davam edəcək
İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi yenidən aktivləşib. O, ABŞ prezidenti seçilən Donald Trampı təbrik edib. Rza Pəhləvi təbrikində qeyd edib ki, D.Tramp ilk prezidentlik dönəmində nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İrana qarşı cəsarətlə İran xalqının yanında durub: "İndi bu təhlükəni birdəfəlik bitirməklə tarix yazmaq və davamlı sülh mirası qoymaq imkanınız var. Bu missiyanız zamanı İran xalqı sizin ən yaxşı tərəfdaşınızdır". Qeyd edək ki, Rza Pəhləvi 1979-ci ildən Vaşinqtonda yaşayır. İran mühacirlərinin bir hissəsi onu “şah” adlandırır.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, pəhləvilər ailəsi, ümumiyyətlə, hazırda İranda “arzuolunmaz ailə” statusunu daşıyır. Son illərdə isə rejimə qarşı yazıları, açıqlamaları və dəstəkçi axtarışı ilə diqqət çəkirlər:

"Pəhləvi ailəsi xüsusilə ABŞ siyasətçiləri, milyonçular və yəhudi lobbisi ilə sıx əlaqələrə malikdir. Hətta Rza Pəhləvi 2023-cü ildə Holokost qurbanlarının Beynəlxalq Anım Günündə İsrailə səfər etmiş, burada İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielinlə görüşmüşdü. Şahın oğlunun aktivləşməsinin bir neçə səbəbi var. Bunlar İran-İsrail gərginliyinin artması, İran daxilində sosial-iqtisadi zəmində narazılıqların artması, İranın Ali rəhbəri Əli Xameneinin xəstə olması, varis məsələsinin gündəmə gəlməsi və rəsmi Tehranın nüvə silahı əldə etmək istəyidir. Rza Pəhləvi yaxşı bilir ki, Xamenei yaşlı və xəstədir. Yəni vəfat etməsi durumunda İran qarışacaq. Əslində, hazırda İran-İsrail münasibətlərində gərginliyin əvvəlki aylara nəzərən səngiməsinin digər səbəbi də budur. Təl-Əviv Xameneinin ehtimal ölümündən sonra İrana bütün gücü ilə təzyiq edəcək".
T.Rzayev qeyd edib ki, Rza Pəhləvi vəziyyətdən istifadə edərək taxtı ələ keçirmək istəyir:
"Onun Trampı təbrik etməsi həm də dəstək gözləntisi ilə bağlıdır. Tramp emosional olsa da, belə bir macəraya çətin ki, getsin. Ümumiyyətlə, Pəhləvilərin İranda hakimiyyəti ələ keçirməsi real deyil. Çünki Qərb Pəhləvi hakimiyyəti dövründə nələrin olduğunu bir dəfə təcrübə edib. İkinci bir Pəhləviyə çətin ki, uran, neft və qaz ehtiyatları ilə zəngin İran etibar edilsin. Rza Pəhləvi hələ uzun illər, bəlkə də ömrünün sonuna qədər “tacsız şah” olaraq dəstəkçi axtarmağa davam edəcək. Nə İranın siyasi-dini elitası, nə də bu ölkədəki etnik azlıqlar, eləcə də azərbaycanlılar onu lider görmək istəyir. Böyük güclər üçün də Pəhləvilər ciddi mahiyyət daşımır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə