Xəstəxanada dəhşət: İnkubatorda olan körpənin qolu yanıb

Türkiyənin Adıyaman şəhərində inkubatorda 5 günlük körpənin qolu yanıb. Qəzəblənən ailə məsul şəxslər barəsində cinayət işi qaldırıb.

Sherg.az xəbər verir ki, Adıyamanda yaşayan Şahin və Mizgin Tatar cütlüyünün bir qız övladı olub. Qeysəriyyə əməliyyatı ilə doğulan körpənin qan şəkərinin aşağı olduğu müəyyən edilib. 


Xəstəxanada inkubatorlarda yer olmadığı üçün körpə özəl xəstəxanaya köçürülüb. Təxminən bir həftə sonra körpənin qolunda yanıqlar yaranıb.
Körpə müalicə olunub və qoluna sarğı qoyularaq evə buraxılıb. Xəstəxananın həkimi hadisənin inkubatorun istiliyindən baş verdiyini bildirib.
Körpənin qolunda çapıqların olmayacağı da açıqlanıb.
Ailə günahkarların cəzalandırılmasını istəyir.