“Azərbaycan Dəmir Yolları”nda daha bir kadr dəyişikliyi olub

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Dəmiryolservis” MMC-nin direktoru Əliəşrəf Lütvəlibəyov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, şirkətə rəhbərlik Ədalət Bağırova həvalə olunub.
Xatırladaq ki, “Dəmiryolservis” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır.
Qeyd edək ki, yanvarın 9-u “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Servis” MMC-nin direktoru Ələddin Şıxəliyev vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub.