“Baku TV”nin Naxçıvan bürosu açılıb

Naxçıvan Muxtar Respublikasında Baku TV-nin bürosu fəaliyyətə başlayıb.

Oxu.Az xəbər verir ki, büronun yaradılmasında əsas məqsəd muxtar respublikada baş verən son hadisələrlə bağlı cəmiyyətə dəqiq və operativ informasiyalar çatdırmaqdır.

Qeyd edək ki, Baku TV-nin Şimal, Şimal-qərb, Qərb, Mərkəzi Aran, Aran, Abşeron, Cənub, Qarabağ büroları da fəaliyyət göstərir. Eləcə də kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdə xüsusi müxbirləri var.