Mirzoyan: Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xəttinin texniki tələblərini birgə qiymətləndirəcək

Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xəttinin texniki tələblərini birgə qiymətləndirəcək.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb.
O qeyd edib ki, Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xəttinin işə salınması üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə razılığa gəliblər.