Tovuzda yol qəzası olub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
"VAZ 2106 " ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.