"Kurtlar Vadisi" ilə bağlı ŞOK HƏQİQƏT - Oktay Kaynarca illər sonra etiraf etdi

Serialda Süleyman Çakır obrazı ilə yadda qalan Oktay Kaynarca “Kurtlar Vadisi” serialı ilə bağlı illərdir bilinməyən bir həqiqəti açıqlayıb. Bu təəccüblü etiraf televiziya aləmində böyük əks-səda doğurub.
Manset.az-ın məlumatına görə, Oktay Kaynarca Türkiyə televiziya tarixində iz qoyan "Kurtlar Vadisi" serialı ilə bağlı diqqət çəkən açıqlamalar verib. Kafa TV-də Candaş Tolqa Işığın "Fenomen" verilişində qonaq olan məşhur aktyor, "Kurtlar Vadisi"nin əslində Amerika serialından çəkildiyini bildirib.

Kaynarcanın açıqlamaları, "Kurtlar Vadisi"nin əslində orijinal bir istehsal olmadığını, Amerikanın "Böyük Trap" serialından ilhamlandığını ortaya çıxardı. Bu etiraf serialın pərəstişkarları arasında sürprizlə qarşılanıb.

“Kurtlar Vadisi” yayımlandığı dövr ərzində geniş tamaşaçı kütləsi toplayıb və Türkiyə televiziyası tarixində iz qoyan əsərlərdən biri kimi yadda qalmağa davam edib.

Kaynarca verilişdə bunları qeyd edib: " "Əslində o zaman TRT-də "Büyük Trap" adlı serial var idi. Amerika formatı idi və böyük maraqla baxırdıq. Daha sonra Osmanın yanına gedib dedim, bu serial formatlansa, Türkiyədə çox diqqət çəkəcək. Ancaq bu mövzu bir müddət gündəmdə olmadı, sonra Osman mənə zəng edərək layihəni etməyə qərar verdiklərini söylədi".