Böyük Britaniya Ukraynaya 30 min ədəd PUA göndərəcək

“Böyük Britaniya Ukraynaya 30 min ədəd pilotsuz uçuş aparatı (PUA) göndərəcək”.

APA xəbər verir ki, bu barədə informasiya krallıq hökumətinin rəsmi internet saytında yerləşdirilib.

Bildirilib ki, Böyük Britaniya və Latviya birgə müəssisəsinin istehsal etdiyi PUA-larla bağlı müqavilənin həcmi 45 milyon funt-sterlinq təşkil edir.

Layihənin maliyyələşdirilməsini Birləşmiş Krallıqla yanaşı, Danimarka, Niderland, Latviya və İsveç hökumətləri həyata keçirəcək.

Ukraynaya hərbi dəstək məqsədilə yaradılmış fond hazırda 73 milyon funt-sterlinq əlavə vəsait cəlb edib. Sözügedən maliyyə institutuna indiki məqamadək Danimarkan 67, Norveç 59, Portuqaliya 43, İsveç 20, eləcə də dənizdə hərbi əməliyyatlara hazırlıq üçün Almaniyadan və İslandiyadan ümumilikdə 5 milyon funt-sterlinq köçürülüb.