Saakaşvili Trampın planı barədə: Putinə görə belə edir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiyaya (Danimarkaya məxsus ada) marağı rusiyalı həmkarı Vladimir Putinin ambisiyası ilə əlaqəlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib.

“Trampın Qrenlandiyaya marağının səbəbini başa düşməyənlər üçün deyim ki, bu, Putinin Arktikaya müdaxiləsi və onunla strateji qarşıdurma ilə bağlıdır. Təbii ehtiyatlarla (qaz-neft) zəngin Qrenlandiyaya nəzarət Tramp üçün təhlükəsizlik məsələsidir”, - sabiq prezident vurğulayıb.

Xatırladaq ki, Tramp bundan əvvəl Danimarkanı Qrenlandiyanı ABŞ-yə satmağa çağırıb. Bu, baş verməsə, Amerika lideri məsələnin hərbi yolla həll oluna biləcəyini istisna etməyib.