Şəhid ailəsi Sabunçu rayon icra hakimiyyətindən şikayətçidir.
Bu rayonun Maştağa qəsəbəsi Savalan yaşayış massivi, Məhərrəm Dadaşov küçəsində yaşayan
Şəhid Feyziyev Sadiq Tahir oğlunun ailəsi "Sherg.az"a yollarının bərbad vəziyyətdə olmasından danışıb.
Ailə bildirib ki, 6 yaşlı şəhid yadigarı yolların pis halda olmasına görə məktəbə gedə bilmir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə dəfələrlə Sabunçu rayonu icra hakimiyyətinə müraciət etsələr də, maraqlanan olmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Sabunçu rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.