Sızanaqların səbəbləri... - Hansı xəstəlikdən xəbər verir? 

Dəridəki sızanaqların səbəbləri məlum olub. "Sherg.az" "Hürriyet.com.tr"-yə istinadən xəbər verir ki, çənə, yanaq, burun və dərinin bir çox yerində yaranan sızanaqların səbəbləri fərqlidir. Sızanaqlar bəzən sağlamlığımızla bağlı mühüm mesajlar verir. 
Saç xəttində sızanaqlar varsa, deməli bəzi saç baxım məhsullarının tərkibində kimyəvi maddələr olur. Saç dərinizə baxım məhsullarını istifadə etdikdə alnınız, xüsusən də saç xəttinə yaxın olan hissə qıcıqlanır. 
Alın və burundakı sızanaqlar (T zonası) - dərinin yağlılığı və ya stress nəticəsində yaranır. Bir araşdırmada iştirakçıların təxminən 67 faizində stresin sızanaqlara səbəb olduğu aşkar edilib. Alnınızdakı sızanaqlar da yanlış qidalanma və saç məhsullarından istifadədən qaynaqlana bilər.
Qaşlarınızda sızanaq varsa, bu, qıcıqlanmış saç folikulundan yaranır. Əgər qaş formalaşdıran məhsullardan istifadə edirsinizsə, məsamələrə dolan maddələr olmadığından əmin olun.
Çirkli yastıq örtüklərindən tutmuş makiyaj fırçalarına, cib telefonlarından stressə qədər amillər yanaqlarda sızanaq yaradır. Danışarkən telefon qulağımıza, ekran yanağımıza toxunur. Telefonların ekran səthlərinin əksəriyyətində də mikrob və bakteriyalar mövcuddur. 
Hormonlar əsasən, çənə sızanaqlarına səbəb olur. Hormonal pozğunluq pəhriz və qadınlarda menstruasiya dövründə yaranır.