"Rəşad Dağlı sənətkardı, meyxanaçıdır. Onun həmkarları, digər sənət ustaları Mədəniyyət Nazirliyinin vasitəsilə Əfv Komissiyasına məktubla müraciət etməlidirlər".
Bu barədə "Sherg.az"a hüquq müdafiəçisi Novella Cəfəroğlu danışıb.
O ancaq tutulan jurnalist, bloqer və siyasi fəalların əfv edilməsi ilə məşğul olduğunu bildirib:
"20 ildən çoxdur, həbsxanada yatan qaranquşlar, partizanlar, omonçuların əfv olunması üçün müraciət etmişik. Çünki həmin insanlar müharibə iştirakçısı olublar. 20 il həbsdə qalan adını çəkdiklərimiz cani deyillər. Onları buraxsınlar. Rəşad Dağlının qanunla günahsız olduğu elan edilərsə, həbsdən çıxmasını istəyərdim".
Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda ictimaiyyət onun azad olunması ilə bağlı böyük çağırışlar edir.