Mərkəzi Bank sığorta şirkətinin rəhbərini işdən çıxara bilər?

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətinin rəhbərliyini işdən çıxara bilər.
“Report xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov “Həyatın yaşam sığortası” təlimində deyib.
O bildirib ki, requlyator kimi Mərkəzi Bank sığorta şirkətlərinə daim nəzarət edir:
“Hər hansı bir maliyyə hesabatında ciddi səhv olsa, AMB sığorta şirkətinin rəhbərini vəzifəsindən azad edə bilər”.
Hazırda Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.