Separatçılara çağırış etməliyik:“...Qarabağı tərk etməlidilər” 

"Prezident İlham Əliyev ABŞ dövlət katibi  Entoni Blinkenə bu postu Laçın sərhəd buraxılış məntəqəsi kimi təqdim edib. Ermənilər rahat şəkildə sərhədi keçirlər.  Bunu, çoxdan etmək lazım idi. Sülhməramlılar Azərbaycan sərhədçiləri ilə birgə heç bir yoxlama aparmır. "Bədməramlılar" onların nəyini yoxlayacaq?".
Bunu "Sherg.az"a açıqlamaslnda hərbi ekspert Üzeyir Cəfərov deyib.
Hərbi ekspert bildirib ki, Qarabağda ciddi proseslər gedir:

"Dünən ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirildi. Yəqin ki, sülhməramlılar Ermənistanın üzərinə götürdüyü öhdəlikləri pozmaq üçün hansısa addımlar atacaqlar. 

Sülhməramlı kontingentin yeni komandanı general-polkovnik Aleksandr Lentsov çox kobud səhvə yol verdi. O ilk növbədə Bakıya gəlməli idi. Separatçılarla, Ermənistanın Müdafiə Naziriylə görüşdü, çərşənbə günü də Bakıya gəlmək niyyətindədir.

Separatçılara çağırış ünvanlamalıyıq. Onlar ya Azərbaycanın qanunları çərçivəsində həmin ərazilərdə yaşayacaqlar, ya da ki tərk etməlidilər. Başqa variant yoxdur. Prosesi ləngitmək, artıq post qurulduğu üçün eyforiyaya qapılmaq olmaz".

Qeyd edək ki, aprelin 23-ü  Azərbaycan tərəfi Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin (DSX) nəzarət-buraxılış məntəqəsinin qurub. Bu ölkəmizin əraziləri üzərində suverenliyinin növbəti təsdiqidir.