İt metroya necə daxil olub? - Rəsmi AÇIQLAMA

Bakı metrosuna it daxil olub. Belə ki, metronun Nəsimi stansiyasında çəkilən görüntülər sosial mediada marağa səbəb olub.
Sahibsiz itin metroya necə girdiyi məlum deyil. İti görən sərnişinlər təəccüblərini gizlədə bilməyiblər.
Məsələylə bağlı "Sherg.az"a Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qapılar daim açıq qaldığı üçün heyvanların metroya daxil olması normaldır:
“Düzdür, belə bir hadisə olub və metropoliten işçiləri tərəfindən it stansiyadan uzaqlaşdırılıb. Ümumiyyətlə belə hadisələr tez-tez olur və mən özüm də bunları şərh edirəm. Ən vacibi odur ki, heyvanlara qarşı hansısa pis davranış olmur. Yəni metropoliteninin qaydalarına əsasən məsələyə həssaslıqla yanaşılır və vaxtında müvafiq tədbirlər görülür”.