Sahibə Qafarova: “İyun ayı üçün növbədənkənar sessiya çağırılıb”

“83 deputat Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi üçün mənə müraciət edib və sərəncam imzalamışam. İyun ayında iclaslar olacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 31-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Sədr bildirib ki, yaz sessiyası dövründə 14 plenar iclas keçirilib, 1 yeni qanun qəbul edilib, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiq olunub.