Energetika Nazirliyi “Maire Tecnimont"la anlaşma memorandumu imzalayıb

Azərbaycan Energetika Nazirliyi və İtaliyanın “Maire Tecnimont” şirkəti arasında Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

“Enerji keçidi üzrə tərəfdaşlığımızın əhatə dairəsi genişlənir”,- nazir qeyd edib.