Şəmkirə güclü dolu yağıb

Şəmkirə yağan güclü dolu bir sıra fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Seyfəli, Yeni Həyat, Çinarlı qəsəbəsi və digər kəndlərinə düşüb.

Nəticədə meyvə bağlarına, istixanalara və digər təsərrüfatlara zərər dəyib.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gədəbəy və Daşkəsən rayonlarına da dolu yağıb.

Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.