"Vaqif Bayatlının səhhətində irəliləyiş yoxdur"
Bu barədə "Sherg.az"a tanınmış şairin həyat yoldaşı Tamam Bayatlı açıqlama verib. O bildirib ki, Vaqif müəllimin səhhəti elə əvvəlki kimidir:
"İldə 2 dəfə onu Türkiyəyə aparırıq. Həkimləri təyinat verirlər. Dərmanlarını alıb, yenidən Azərbaycana gətiririk. Beynində cərrahiyyə əməliyyatı aparılıb. Ürəyinə 3 stent qoyulub. Vəziyyəti daim nəzarətdə saxlanılmalı, dərmanlarını vaxtı-vaxtında içməlidir".