Yenə "Prius", yenə qəza!  - Nəqliyyat ekspertindən ÇIXIŞ YOLU

"Hazırda "20 yanvar" metrostansiyası istiqamətində müşahidə aparıram. Bəzən sadəcə rəqəmlərdən yola çıxıb, fikir irəli sürmək, analiz aparmaq kifayət etmir".

Bunu "Sherg.az"a nəqliyyat eksperti Aslan Əsədov “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşmasından danışarkən deyib. Onun sözlərinə görə, sanki insanlarda "Toyota Prius" markalı avtomobillərə qarşı qorxu yaranıb:

"Elektromobil, daha az yanacaq sərfiyyatı ilə işləyən avtomobillərin daha çox qəza törətməsi həm psixoloji, həm də maddi cəhətdən narahatlığa səbəb olur. Çıxış yolu bu müntəzəm, işlək bir marşrut sisteminin hazırlanmasıdır. Eyni zamanda Tramvay, trolleybus xətlərinin bərpası görüləcək işlərin sırasında olmalıdır".

Qeyd edək ki, Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.