"Statistikadan da göründüyü kimi, dövlət sektorunda azalmalar cəmi 0.1 faiz təşkil edir".
Bunu "Sherg.az"a iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, azalmalar müəyyən bir hissələrin özəlləşməyə getməsi və ya struktur dəyişiklikləri ilə bağlı baş verə bilər:
"Özəl sektorda isə işləyənlərin sayının azalmasında adətən, mövsümi faktorlar ciddi rol oynayır. Eyni zamanda bəzən müəyyən dövrlərdə biri-birinin ardınca müxtəlif müəssisələrin zərərlə işlədiyini açıqlamasını müşahidə edirik. Hətta bunlar arasında dövlət, özəl şirkətlər, dövlət agentlikləri də var".
Qeyd edək ki, Dövlət Statistika Komitəsi ölkədə işləyənlərin sayını açıqlayıb. 2023-cü il iyunun 1-nə olan vəziyyətə ölkə iqtisadiyyatında muzdla (yəni əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1726,3 min nəfər olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər və ya 1,2 faiz artıqdır. Bununla yanaşı, son bir ayda ölkədə işləyənlərin sayında kəskin azalma var. Mayın 1-də olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1734,2 min nəfər idi. Bu da o deməkdir ki, bir ay ərzində ölkədə işləyənlərin sayı 7,9 min nəfər azalıb. Dövlət sektorunda azalma 2,5 min nəfər olub, özəl sektorda isə işçilərin 5,4%-i ixtisar edilib.