"Hazırda mənzil bazarında durğunluq hökm sürür. Hər il yay aylarında daha çox torpaq sahələri və həyət evlərinə tələbat artır".
Bunu "Sherg.az"a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mənzil bazarındakı qiymətlər barədə danışarkən deyib. Onun sözlərinə görə, bina evlərinə təlabat azalır:
"Bazarda durğunluq olsa da, qiymətlərdə çox enmə müşahidə edilmir. Kirayə mənzil bazarında da hələ ki sakitlikdir. Çünki artıq avqustun 15-dən kirayə mənzillərə tələbat artacaq. Ali təhsil müəssisələrinə qəbul olan, həmçinin təhsil alan tələbələr artıq Bakıya axın edəcəklər. Həmişəi kimi ev tapmaqda çətinlik çəkəcəklər. Hər il bu problem artıqlaması ilə yaşanır. Çünki hər ay köhnə binalar sökülür, istismar müddəti bitir. Sökülən binaların sakinləri onlara yeni mənzil verilənə qədər ən azı 2-3 il müddətində kirayə qalmalı olurlar. Beləliklə, köhnə binaların sayı azalır. Yeni tikili mənzillərdə isə kirayə qiymətləri bahalaşır. Ona görə də maksimum şəhərdən kənarda ucuz ev kirayələməyə çalışırlar. Nəticədə 2-3 saatı yollara sərf etmiş olurlar".