Yayda saçlara zərər verən faktorlar

Sağlam və güclü saçlar üçün nələrə diqqət etməli olduğumuzu bilməliyik. Dr.Mert Gençoğlu mövzu ilə əlaqədar əhəmiyyətli məlumatlar verib. 

"Sherg.az" xəbər verir ki, yaz aylarında saçlara zərər verən bəzi ümumi amillər bunlardır:

Uzun müddətli günəş işığı: günəşə məruz qalmaq saçın piqment balansını pozur və rəng dəyişikliyinə həmçinin saçın təbii yağ balansını pozaraq, quru və yıpranmış bir görünüşə səbəb ola bilər. Saçınızın nəm balansını qorumaq üçün müntəzəm olaraq, qoruyucu vasitələrdən, yağlardan istifadə edin. Günəşə çıxarkən şapka taxmaqla saçlarınızın birbaşa günəş işığına məruz qalmasının qarşısını ala bilərsiniz.
Dəniz suyu və xlorlu su: dəniz suyu və hovuzlardakı xlorlu su saçları qurutmağa meyillidir. Üzməyə başlamazdan əvvəl saçınıza saç yağı sürtməklə zədələnmənin qarşısını müəyyən qədər ala bilərsiniz. 
İsti alətlər: fen, saç düzləşdirici kimi isti alətlər müntəzəm istifadə edildikdə saçlar quruyur, kövrəkləşir, saç ucları zərər görür. Saçlarınızı soyuq hava ilə də quruda bilərsiniz. 
Həmişə Sıx Toplanan Saçlar: hörmələr və at quyruğu kimi dar saç düzümləri baş dərisində daimi gərginlik yaradır. Saçların davamlı şəkildə dartılması zamanla saç köklərini və saç tellərini zədələyir.
Stress: saç tökülməsi və sağlamlığının pisləşməsinə səbəb ola bilər. 
Saçların çox yuyulması və həddən artıq şampun istifadəsi: Saçların tez-tez yuyulması saçdakı təbii yağların təmizləyir. 
Saçların daranması: tez-tez, xüsusilə, yaş olduqda daramaq saçların qırılmasına səbəb ola bilər. Çünki saçlar yaş olduqda daha kövrək olur.Yaş daramaq əvəzinə bir dəsmal ilə yumşaq bir şəkildə qurutmaq və təbii şəkildə qurumasına icazə vermək arzuolunandır. Saçlarınız dolaşmağa meyllidirsə, uclarından deyil, köklərindən başlayaraq, yumşaq şəkildə darayın.
Kimyəvi proseslər: saçların rənglənməsi, düzləşdirilməsi, buruq formaya gətirilməsi kimi kimyəvi proseslər saçın strukturunu dəyişdirərək, onlara zərər verə bilər. 
 Havanın çirklənməsi: atmosferə buraxılan zərərli qazlar havanı çirkləndirir. 


Mənbə: CNN Türk