"Ədliyyə Nazirliyinin bizə təqdim etdiyi nöqsanları təşkilat olaraq araşdırırıq".
Bu sözləri "Sherg.az"a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatı məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.
O bildirib ki, partiya tapılan nöqsanların aradan qaldırılması mərhələsindədir:
"Qanunla bu iradların həqiqəti əks etdirib-etdirmədiyini yoxlayandan sonra Ədliyyə Nazirliyinə sənədləri hazırlayıb təqdim edəcəyik. Biz uzun illərin partiyasıyıq. 20 ildən çoxdur strukturu formalaşmış, böyük potensialı və sosial dayaqları olan bir təşkilatdır. Burada bizim üçün ciddi bir problem yoxdur".